13 yaşlı qızın meyidi tapıldı

4 Yanvar 2014 18:47 (UTC+04:00)
Bu gün saat 17 radələrində cənub bölgəsində uşaq meyiti tapılıb. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, Lerik rayon Züzüç kənd sakini 2000-ci il təvəllüdlü Cəmil Azad oğlu Əliyevin cəsədi qayalıqda tapılıb. Uşağın cəsədi asılmış halda olub. Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, məktəblinin intihar etdiyi və yaxud da asıldığı haqda dəqiq məlumat yoxdur. Hazırda hadisə yerində polislər işləyir. Uşağın atası və anası uzun müddət öncə ayrılıblar. Azad Əliyev sürücüdür. Valideynləri ayrılandan sonra məktəbli atası ilə birgə yaşayıb.