Yıldız Tilbedən şok etiraf

5 Yanvar 2014 17:00 (UTC+04:00)

1994-cü ildə çıxardığı "Delikanlım" albomu ilə şöhrət qazanan Yıldız Tilbe pərəstişkarlarını şoka salacaq bir qərar verib. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, müğənni öz şəxsi "Twitter" səhfəsində səhnəni buraxacağını açıqlayıb: "Özümü heç bəyənmirəm bu gün. Dünən və ondan əvvəlki bir neçə gün, sabah da belə olacaq. Bazar ertəsi dəyişər hər şey inşallah. Səhnəni tərk etməyi düşünmək məcburiyyətindəyəm. Bir şeyi düşünmək gözəl lakin düşünmək məcburiyyətində olmaq çətindi. Mənə nə etməyi tövsiyə edərsiz, nə etməliyəm bundan sonra? yoruldum yəqin çox . Heç olmasa sınayacam. Bəlkə yaxşı təsir edər. Hər şeyin xeyirlisi olsun "