7 min manata Tarkan konserti?

5 Yanvar 2014 16:00 (UTC+04:00)

Bildiyiniz kimi bir neçə gün əvvəl Türkiyənin tanınmış mega-starı Tarkan Azərbaycanda konsert verdi. Lakin onun konserti elə də ucuz qiymətə başa gəlmədi. Tarkanın konsert biletlərinin qiyməti Türkiyə mətbuatında da əksini tapıb. Movqe.Az "Milliyet" qəzetinin Tarkan konsertiylə bağlı xəbərini sizə təqdim edir:

Məşhur müğənni Tarkanın Azərbaycanın Quba şəhərində verdiyi konsert biletləri təxminən 7 min manata (təxminən 20 min TL) satılıb.

Qubadakı Rixos oteldə təşkil edilən yeni il proqramı çərçivəsində azərbaycanlı pərəstişkarları ilə bir araya gələn Tarkan, gecədə 20 mahnı səsləndirib. Performansıyla pərəstişkarlarını coşduran məşhur müğənni, 6 yük maşını dolusu avadanlığın istifadə edildiyi konsertdə, səs və işıq şousu ilə də tamaşaçıları ovsunlayıb. Ən ucuz bilet qiymətinin 350 manat (970 TL) olduğu konsertdə 7 min manata da bilet satılıb.