Banqladeşdə ümumi seçkilər başladı

5 Yanvar 2014 20:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Banqladeşdə müxalifət partiyalarının boykot etdiyi mübahisəli ümumi seçkilər bu gün keçirilir.


Ölkə daxilində yerli saatla 08.00 da (Bakı vaxtilə 06.00) başlaycaq səs vermə əməliyyatı 16.00-a (Bakı vaxtilə 02.00) qədər davam edəcək. Boykot səbəbiylə seçicilərin iştirak nisbətinin olduqca aşağı olması gözlənilir.


Seçkiyə saatlar qalmış Dakkanın da daxil olduğu 40-a qədər şəhərdə müxaliflər və təhlükəsizlik gücləri arasında münaqişələr olub, çox sayda səs mərkəzinin atəşə verildiyi bildirilib.


Banqladeş Milliyyətçi Partiyasının liderliyindəki 18 partiyalı ittifaqla mərkəzi, sol, sağ və İslami xəttdəki digər partiyalar seçkiyə gəlməyəcəklərini bildirmişdi. Siyasi partiyaların seçkinin təxirə salınması tələbinə bəzi qeyri-hökumət təşkilatları və beynəlxalq cəmiyyət də dəstək vermişdi.