Orduda yoxlamalara başlandı

6 Yanvar 2014 10:00 (UTC+04:00)

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Bu barədə Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib. Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığı, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyəti, müdafiənin dayanıqlığı, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, nizam-intizam və sosial şəraitinin yoxlanılmasıdır.