"iPhone"a yeni klaviatura gəldi, Blackberry üsyan etdi!

6 Yanvar 2014 16:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, iPhone istifadəçilərinin bir hissəsinin ehtiyac duyduğu fiziki klaviaturanı təmin etdiyi üçün qısa müddətdə istifadəçilər arasında populyarlaşan "Typo"un iPhone klaviaturası BlackBerry əngəlinə ilişib.


"Typo"un iPhone-lar üçün çıxardığı və həm örtük, həm də fiziki klaviatura olaraq iPhonelara taxılan klaviaturanın dizayn olaraq BlackBerry Q10 model telefonlarla bənzərlik daşıması BlackBerry və Typo-u qarşı-qarşıya gətirdib.


Klaviatura dizaynlarının kopiyalandığını iddia edən BlackBerry, klaviatura üçün məhkəməyə baş vurub,"Typo"dan mövzuyla əlaqədar hər hansı bir şərh gəlməyib.


99 dollardan sifariş olunacaq və ABŞ-dakı CES sərgisində tanıdılması planlanan Typo-nun iPhone klaviaturasının taleyinin nə olacağına isə məhkəmə qərar verəcək.