Gənc qızın dəm qazında boğulduğu müəyyən olub
Bu gün saat 05:54 radələrində Bakının Qaradağ rayonu ərazisində 27 yaşlı qızın meyidi yataq otağından tapılıb.
Rayon Polis İdarəsi 10-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, 1986-cı il təvəllüdlü Zümrüd Hüseynova yataq otağından huşsuz halda tapılıb.
Təcili hadisə yerinə həkim çağırılıb. Lakin həkimlər qızın artıq keçindiyini müəyyən edib.
Gənc qızın dəm qazından boğulduğu məlum olub.