ABŞ Avstraliyada qoşun yerləşdirməyə başlayıb

5 Aprel 2012 01:15 (UTC+04:00)

ABŞ-ın Avstraliyada2,5 minlik hərbi kontingentyerləşdirmək planına uyğun olaraq ilk Amerika dəniz piyadaları yaşıl qitəyə gəliblər. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.

Məlumata görə, Darvin şəhərinə 180 ABŞ hərbçisi gəlib. Onlar yaxınlıqdakı Robertson-Berreks hərbi bazasında yerləşəcəklər. Baza Avstraliya ordusuna məxsusdur. ABŞ bu qitədə hərbi baza yaratmağı planlaşdırmır