Cazibədar müğənni 15 dəqiqəyə 1,5 milyon manat qazandı

7 Yanvar 2014 11:28 (UTC+04:00)
Məşhur müğənni Meray Kerri, Bruney sultanının oğlu şahzadə Azimin İngiltərədə təşkil etdiyi Yeni il gecəsinə qatılıb. Mövqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə, Londonda təşkil olunan gecədə Meray cəmi  3 mahnı ifa edib. Səhnədə 15 dəqiqə olduğu bildirilən müğənni  üç mahnısının qarşılığında sultanın oğlundan təxminən 1,5 milyon manat pul alıb. İddialara görə, Kerri həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-dan şəxsi təyyarə ilə İngiltərəyə gətiriliblər.

Gecədə iştirak edən digər məşhurların fotoları da sosial şəbəkədə paylaşılıb və "Nə gecə! Meray Kerri və Diana Ross bizim üçün mahnı ifa edirlər" kimi şərhlər yazılıb.