Tibb tarixində bir ilk: Nəbzsiz insan

7 Yanvar 2014 11:33 (UTC+04:00)

Çexiyalı kişi tibb tarixinə adını yazdırıb. Buna səbəb isə onun nəbzi olmadan yaşamasıdır. Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çexiyanın paytaxtı Praqada yanğınsöndürən olan 37 yaşlı Jakub Halik dünyada nəbzi olmadan 6 ay yaşayan yeganə insandır.

Jakub Halik ürəyindəki şişlə əlaqədar əməliyyat edilib. Əməliyyatla onun ürəyi iki mexanik nasosla dəyişdirilib.

Xəstənin 6 aydır yaxşı vəziyyətdə olduğunu deyən, həkimlər onun hər 5-10 ildən bir nasosu dəyişdirməli olduğunu bildiriblər.