Sabahın hava proqnozu

7 Yanvar 2014 13:52 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5  dərəcə şaxta, gündüz 3-8 dərəcə  isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.