"NVIDIA Tegra K1" gəlir! - FOTO

7 Yanvar 2014 14:29 (UTC+04:00)

NVIDIA , Kepler arxitekturasına malik , 192 nüvəli super çip Tegra K1 mobil prosessorunu tanıdıb. Yeni nəsil PC oyunları artıq mobil platformalarda da oynana biləcək. Movqe.Az "nvidia.com" istinadən xəbər verir ki, Tegra K1 prosessor PC sinifi ən yeni oyun texnologiyalarını dəstəkləyərək Epic Games "Unreal Engine 4" kimi inkişaf etmiş oyun mühərriklərinin istifadəsini təmin edən yeni mobil standartlar gətirir. Kompüterlə görmə və səs tanıma tətbiqlərini sürətləndirəcək inkişaf etmiş kompüter bacarıqları təqdim edir.

Tegra K1 iki ayrı versiyası halında təqdim edilir. Birinci distributivdə 32- bit dörd nüvəli , 4- Plus- 1 ARM Cortex A15 CPU istifadə edilir. İkinci distributivdə isə NVIDIA dizaynı olan xüsusi bir 64- bit ikili Super Core CPU var. Kod adı "Denver " olan prosessorun əsasında ARM prosessor texnologiyasındakı enerji məhsuldarlığı mirasını 64- bit kompüterə daşıyan ARMv8 arxitekturası dayanır.

Tegra K1-in hər iki distributivində də gücünü 192 nüvəli NVIDIA Kepler GPU-dan alan qrafikləri və vizual kompüter bacarıqları var. 32- bitlik versiyası 2014-cü ilin ilk yarısında  ; 64- bitlik versiyası isə ilin ikinci yarısında istifadəyə təqdim ediləcək.