Suriyada məktəblərdə Rus dili öyrədiləcək

7 Yanvar 2014 15:42 (UTC+04:00)

Suriya hökuməti beşinci sinifdən etibarən məktəblərdə rus dilinin ikinci xarici dil olaraq keçiriləcəyini bildirib. Qərar Suriya Təhsil Nazirliyinin internet saytından bir şərhlə ictimaiyyətə bildirilib. Şərhə görə beşinci sinif tələbələri orta məktəb tədris sistemi daxilində Rus və Fransız dilləri arasında bir seçim edəcək. Nazirliyin açıqlamasında qərarın arxasında "Rusiyaya olan simpatiyanın və böyük rus mədəniyyətinə duyulan marağın olduğunu " bildirib. ITAR -TASS xəbər agentliyinin fikirlərinə yer verdiyi Təhsil Naziri Hazvan Vaz isə , "Suriya məktəblərində Rus təhsilinə başlanması üçün lazım olan bütün hazırlıqlar növbəti tədris ilinin əvvəlində tamamlanmış olacaq deyib. Rus mətbuatında yer alan mövzuyla əlaqədar xəbərlərdə də iki ölkə arasındakı münasibətlərin gücünə diqqət çəkilib. Suriyada 20 mindən çox ailənin bir üzvünün Rus əslli olduğuna diqqət çəkilərək , keçmişdə bir çox Suriyalının Rusiyada ali təhsil almış olduğu xatırladılıb.

Movqe.Az ."themoscowtimes.com"a istinadən xəbər verir ki, hərbi baxımdan da Suriya Rusiya üçün çox əhəmiyyətli bir ölkədir, çünki Soyuq Müharibə dövründə Sovetlər Birliyi tərəfindən qurulan Tartus Limanı Rusiyanın Aralıq dənizidəki yeganə bazasıdır.


Suriyada üç ildir davam edən qarşıdurmalarda da Rusiya Şam hökumətinin beynəlxalq sahədəki ən böyük dəstəkçisi olub. İki ölkə arasında iqtisadi bağların da çox qüvvətli olduğu bilinir.