Azərbaycanda rabitə xidmətləri üzrə yeni tariflər tətbiq ediləcək
7 Yanvar 2014 17:35 (UTC+04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin rabitə xidmətləri tariflərinin azaldılması məsələsi
ilə bağlı təlimatı yaxın günlərdə fiksə edilmiş rabitə
operatorlarına daxil olacaq.
Bu barədə çərçənbə axşamı Trend-ə
telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, bu sənədin hələlik daxil
olmaması ilə əlaqədar, rabitə xidmətləri üzrə tariflər və ümumi
telefon şəbəkəsindən istifadəyə görə abunə haqları daha əvvəl
qüvvədə olan tariflərə uyğun olaraq yığılır: "Sənəd yaxın günlərdə
daxil olacaq, bundan sonra operatorlar Tarif Şurasının qərarına
uyğun olaraq tarifləri tənzimləyəcəklər".