Natəvan Həbibi sənətdən nə vaxt gedəcəyini açıqladı

8 Yanvar 2014 10:56 (UTC+04:00)

Müğənni Natəvan Həbibi depressiyaya düşməsi barədə danışıb. Mövqe.az-a açıqlama verən ifaçı son zamanlar depresiyyaya düşməsi barədə dolaşan xəbərlərə açıqlama gətirib: " Xeyr, mən depressiyaya düşməmişəm. Heç belə bir problem yoxdur. Ola da bilməz. Məni ailəmdən başqa heç kim depressiyaya sala bilməz".

İfaçı ailə qurandan sonra yaradıcılığına ara verəcəyini və hətta özünü daha çox ailəsinə həsr edəcəyini bildirib: " Ailə qurduqdan sonra inanmıram ki, bu həvəslə və bu güclə işlərimə davam edə bilim. Çünki özümü daha çox ailəmə həsr edəcəyəm. İldə bir - iki mahnı buraxacağam. İczə olsa, hərdən klip də çəkdirərəm. Verlişlərdə isə çox az-maz görünəcəyəm. Mən belə istəyirəm. İstəklərim bundan ibarətdir. Gələcəydə yəqin ki, belə olar. Dediklərim şərt deyil".