Hansı sual Bülənt Ərsoyu qəzəbləndirib?

8 Yanvar 2014 12:02 (UTC+04:00)

Ötən gün dəvətə qatılan Türkiyənin divası Bülənt Ərsoy, gecəyə damğa vurub.Mövqe.az türk mətbuatına istinadən bildirir ki, jurnalistlərin Ajda Pekkan haqqındakı suallarından əsəbləşən Ərsoy, "Niyə həmişə onu soruşursunuz? Zeki Mürenin, Muazzez Abacı haqqında sual vermirsiniz" deyib. Ərsoy jurnalistlərin, sevgilisi Berk Yılmazın bir başqa qadınla əylənərkən çəkilən foto şəkillərini barəsində verilən sualına isə belə açıqlama verib:"O fotoşəkili siz ona bənzətdiniz? Onun boksçu kimi burnu var, saçları da uzun. Bir də o daha yaşlı. Mənim onunla işim olmaz".