13,2 milyard illik qalaktikalar görüntüləndi

8 Yanvar 2014 12:41 (UTC+04:00)

NASA-ın Habl Kosmos Teleskopu , 13,2 milyard il əvvələ aid olan və  əvvəl heç vaxt müşahidə olunmayan 3 min yeni qalaktika (ulduz toplusu ) görüntüləyib. Bir qalaktikanın içində 10 milyon-100 trilyon arasında ulduz mövcud ola bilir. Amerikan Astronomiya Birliyinin Vaşinqtonda dünən təşkil etdiyi konfransda verilən məlumatlara görə , fotoşəkillər Böyük Partlayışdan (Big Bang) yalnız 500 milyon il sonrakı  kainatı göz önünə sərir. Bu dövrdə kiçik qalaktikaların böyük hissəsinin həcminin , bizim Qalaktikalarımızın "milkyway"in  yüzdə biri qədər olduğu sanılır.


Movqe.Az "abcnews"a istinadən xəbər verir ki, yeni müşahidələr , 23 illik Habl kosmos teleskopunun kainatın qaranlıq guşələrindən 20 dəfə daha dəqiq bir şəkildə görə bilmə tutumunu artıran fiziki tənzimləmələr ilə əldə edilib. Konfransda danışan Habl astronavtı Cenifer Lotze, "Bunu kosmik bir şəfəq olaraq xarakterizə etmək istəyirəm. İndiki dövrdən fərqli olaraq , ulduz yaranışlarının sürətlə artdığı bir dövrü göstərdik. Hər şey çoxluq və yığınlardan meydana gəlib və fərqlidir" deyib.