200 işıq ili uzaqda Yerin əkizi tapıldı

8 Yanvar 2014 13:00 (UTC+04:00)

Yerdən 200 işıq ili uzaqlıqda və çox oxşar xüsusiyyətlərə malik olan bir planet kəşf edilib. Kəşfin sahibi ABŞ-ın Boston şəhərində olan Harvard Universitetindəki Astrofizik Araşdırmalar Mərkəzidir. Dünyanın əkizi sayıla biləcəyi ifadə edilən bu planet araşdırmaçıları da olduqca həyəcanlandırıb. Movqe.Az "news.sky.com"a istinadən ölçüləri Yerlə  bir-birinə çox yaxın olan planet hər 23 saatda bir öz ətrafında dönüşünü tamamlayır, istiliyinin isə ortala hesabla 104 dərəcə civarında olduğu təxmin edilir.  Harvard Universitetindəki Astrofizik Araşdırmalar Mərkəzindən Dr. Deyvid Kipping "Sübut olundu ki, yer və yeni planet arasında su və qaz kimi də aşkar fərqlilik yoxdur" deyib.