Movqe.Az xəbər verir ki, Sony düz 4.2 milyon PS4 sataraq 3 milyon satan nəhəng rəqibi Xbox One geridə qoyub. 2013-ci il ərzində PlayStation 4-ün Xbox One-la müqayisədə daha bir həftə uzun müddətə satışda qaldığını da unutmamaq lazımdır. PlayStation, 15 noyabrda bazara çıxmışdı. Xbox One isə 22 noyabrda .
Sony noyabr ayının ortasında PlayStation satışlarının ilk 24 saatda bir milyonu keçdiyini bildirib. Satışa təqdim edildiyi ilk iki həftədə isə bütün dünyada 2.1 milyon PlayStation satılmışdı.