Mursi, ikinci dəfə məhkəməyə çıxdı

8 Yanvar 2014 15:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Misirin keçmiş lideri Məhəmməd Mursi, prezident olduğu müddətdə etirazçıları öldürməyə təşəbbüs ittihamı ilə mühakimə olunduğu iddiada ikinci dəfə hakim qarşısına çıxıb. Mursi,2012-ci ilin dekabr tarixində səlahiyyətlərini genişləndirmək üçün çıxardığı qərara qarşı edilən etirazlarda həyatını itirənlər üçün mühakimə olunur. Hərbi vertolyotla məhkəməyə gətirilən Mursi ilə birlikdə 14 nəfər də hakim qarşısına çıxıb. Mursini dəstəkləmək üçün məhkəmə qarşısına gələnlər arasında əlləriylə Rabiatül Adeviyye işarəsi edən beş nəfər polis tərəfindən nəzarətə alınıb.


Keçmiş lider, Fələstinli Həmas, Livanlı Hizbullah və İranla Misirə qarşı əməkdaşlıq etmək və 2011-ci ildə həbsxanadan qaçmaq üçün sui-qəsd qurmaq ittihamı ilə iki ayrı təqsirdən mühakimə olunur.