Aclıq aksiyası edən müğənni: Qoy ölüm... ÖZƏL

8 Yanvar 2014 15:25 (UTC+04:00)
Əməkdar artist Firuzə İbadovanın aclıq aksiyası keçirtməsi barədə artıq məlumat vermişdik. Satdığı torpaq sahəsi hansısa deputat tərəfindən mənimsənilən tanınmış sənətkar buna dözməyib və ölmək istəyib. Bu barədə Mövqe.az-a danışan müğənni bildirb: " Aclıq aksiyası keçirtdim. Düz 3 gün ac qaldım. Hətta atdığım dərmanlardan belə imtina etdim ki, qoy ölüm mən, heç nə bilməyim. Məndən sonra nə olar, olar. Bu il 60 yaşım olacaq. Mən yaşlı-başlı insanam. Yalan demərəm.  Heç insan belə ləyaqətsizlik, şərəfsizlik edərmi? Mən o cür insanlarla necə eyni yerdə qalıb, eyni havanı uda bilirəm? Mən onlar kimi torpaq alverçisi, fırıldaqçı deyiləm. Mala, pula görə insan özünü belə satarmı? Sağ tərəfimdə insult dərəcəsində çox böyük problemlər var idi.  İşləmirdi sağ tərim... Danışa bilmirdim. Hətta bəzən fonaqramaları ifa edəndə belə çətinlik çəkirdim. Güclə sağalmışdım ki, yenə aclıq aksiyasından sonra elə oldum. Təngənəfəslik öldürüb məni... Səhhətimdə yenə ciddi problemlər yaranıb. Amma ümidimi kəsmirəm. Prezidentimiz, dövlətimiz sağ olsun. Mən Azərbaycan qızıyam. İnanıram ki, kömək olunacaq".