Ağcaqanadlar ucbatından xəstəxana əməliyyatları ləğv etdi

8 Yanvar 2014 16:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki St. Vinzenz Xəstəxanasında ağcaqanadlar ucbatından əməliyyatlar ləğv edilib. Xəstələr başqa bir klinikaya köçürülüb, əməliyyatxananın təxminən 2 həftə bağlı qalacağı bildirilib. Almaniyanın ən böyük xəstəxanalarında biri olan St. Vinzenz Xəstəxanasında yenilənən xəstəxana hazırda fəaliyyətini dayandırıb.Təxminən iki həftə əvvəl ortaya çıxan ağcaqanadlar səbəbiylə əməliyyat salonları tək-tək bağlanılıb. Xəstəxana rəhbərliyi , təxminən 2-6 millimetr uzunluğunda olan bu ağcaqanadlar ucbatından əməliyyatların iki həftə müddətində edilməyəcəyini, əməliyyatxananın dezinfeksiya edilməsinə başlandığını qeyd edib.


Əməliyyatxanaya steril bir mühit olması lazım olduğunu bildirən həkimlər , ağcaqanadlar ucbatından xəstələrin risk altında olduğuna diqqət çəkib. Ağcaqanadların haradan gəldiyini araşdıran rəsmilər , binadakı köhnə tullantı su borusunun buna səbəb olduğunu təsbit edib.


Borunun təmir tamamlanıb , ancaq əməliyyatxananın ağcaqanadlardan təmizlənməsinin zaman alacağı deyilib.