Dünya çempionatı yayda keçirilməyəcək

8 Yanvar 2014 22:15 (UTC+04:00)

FİFA-nın baş katibi Jerom Valk bəyan edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı yayda keçirilməyəcək.  


Milli.Az-ın məlumatına görə, çempionatın baş katib qışda keçiriləcəyini bildirib:
 

"DÇ-2022 iyun və iyul aylarında keçirilməyəcək. Fikirləşirəm ki, turnir 15 noyabrdan 15 yanvar arasında keçiriləcək".  
 
FİFA-nın prezidenti Yozef Blatter də bəyan edib ki, 2022-ci ildəki Dünya çempionatı yayda keçirilməyəcək:

"Biz Qətərdə çempionatı ancaq noyabr və yaxud dekabrda keçirə bilərik" 

Əlavə edək ki, İngiltərə mətbuatı güman edir ki, turnir 18 noyabrdan 18 dekabra kimi davam edəcək. 
 

Xatırladaq ki, yayda Qətərdə dözülməz istilər olduğu üçün əvvəl də bu məsələ gündəmə gətirilimişdi.