İrina Şeykin anası saunada yandı

8 Yanvar 2014 19:30 (UTC+04:00)
Rusiyalı super model İrina Şeykin anası saunada yanıb. 

Anspress-in məlumatına görə, Rusiya Federasiyasında 2013-cü ilin seksual qadını seçilən modelin valideyni 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti alıb.

Yanvar ayının 6-ı sevgilisi, məşhur futbolçu Kriştianu Ronaldu ilə birlikdə 28 yaşını qeyd edən Şeyk hadisə barədə şəxsi Facebook səhifəsində məlumat verib:

"Mən şokdayam! Anam saunada yıxılaraq ətrafı heç nə ilə əhatə olunmayan sobanın üzərinə yıxılıb. Saunanın sahibi Ermakov Stepan Nikolayeviç günahını boynuna almır və cəzalandırılmayacağına inandığını deyir. Mən inanıram ki, bu məkan bağlanacaq".

Model, eləcə də, qeyd edib ki, hadisə baş verən sauna qanunsuz olaraq fəaliyyət göstərir. İrina şəhər admnistrasiyasından bu məsələni araşdırmağı və günahkarı cəzalandırmağı xahiş edib.