Döydüyü oğlanla nişanlandı

8 Yanvar 2014 22:00 (UTC+04:00)
Dünyaca məşhur aktrisa, Hollivud ulduzu Culiya Robertsin bacısı qızı, aktrisa Emma Roberts iki ildən bəri birlikdə olduğu sevgilisi Evan Peters ilə nişanlanıb.


Milli.Az Radar Online-a istinadən bildirir ki, Emma və Evan "American Horror Story" filmində tərəf-müqabil olmuşdular.


26 yaşlı Evan Peterslə nişanlısı indi Londondadır.


22 yaşlı Emma Roberts ötən ilin sonlarında sevgilisi Evanla mühabisə etmiş, onu döymüşdü. Polis otel otağına girəndə Evanın üz-gözü qan içində idi.