İbrahm Tatlısəs: Çox şükür sevgilimlə görüşdüm

9 Yanvar 2014 10:29 (UTC+04:00)

Qısa müddət əvvəl həyat yoldaşı Ayşegül Yıldızdan boşanan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs, paylaşdığı foto şəkil ilə hamını güldürüb. Mövqe.az türkiyə mətbuatına istinadən bildirir ki, qırmızı bibərdən ibarət olan halqanı boynuna asan Tatlısəs, ictimai mediyada foto şəkilini yayıb. Tatlısəs, foto şəkilin altına "Çox şükür sevgilimlə görüşdük. Allahım sizlərə də nəsib etsin" deyərək hamının marağına səbəb olub.