Mövqelərimiz düşmən atəşinə tutulub

9 Yanvar 2014 10:05 (UTC+04:00)

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. 

Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.