BMT-dən İraqa humanitar yardım xəbərdarlığı

9 Yanvar 2014 11:16 (UTC+04:00)

BMT səfirləri Anbar əyalətndəki "kritik Humanitar vəziyyətlə" bağlı İraqı xəbərdar edib. Nikolay Mladenov 5000-ə yaxın ailənin su, ərzaq və dərman qıtlığı çəkdiyindən ölkəni tərk etdiyini deyib. İraq Qırmızı Xaçı rəsmisi bu rəqəmi daha yüksək-13.000 olaraq xarakterizə edib. İlk olaraq, İraq Xarici İşlər naziri Fallujahdakı nəzarəti ələ  keçirən militantları geri çağırıb. Xatırladaq ki, ötən həftə, Fallujah, paytaxt Ramadada İraqdakı Əl-Qaidə tərəfdarı sunni militantlar, habelə silahlanmış  tayfa üzvləri və hökümət nümayəndələri arasında qarşıdırma olmuşdu. Çərşənbə günü isə təhlüksizlik rəsmiləri və tayfa liderləri Cənab Malikiyə hücumları dayandırcaqlarını bildirib. İlkin BMT hesablamalarına görə, 5000 ailə qonşu əyalətdəki Kərbəla, Salahuddin və Bağdada köç edib. İraq Qırmızı Xaç rəsmisi Məhəmməd-əl- Xuzayi bunu 13.000 ailə olaraq xarakterizə edib və onların 8000-ə yaxının humanitar yardıma ehtiyac duyduğunu qeyd edib.