Böyük Britaniyanın ticarət və investisiyalar üzrə araşdırma missiyası Azərbaycana gələcək

9 Yanvar 2014 11:26 (UTC+04:00)

Movqe.az "APA-Economics"ə istinadən xəbər verir ki, missiya Azərbaycan hökuməti, Böyük Britaniyanın Bakıdakı səfirliyi, "The Economist" jurnalının dəstəyi ilə təşkil ediləcək.

 

Səfər zamanı missiyanın üzvləri bir sıra dövlət qurumları, Sənaye-Ticarət Palatası, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya və yerli şirkətlər ilə görüşlər keçirəcəklər. Bundan başqa, missiya üzvləri "The Economist"in təşkil etdiyi "Azerbaijan Investment Summit"də iştirak edə biləcəklər.