"Münasibətimiz hələ təzədi. Tələsməyə ehtiyac yoxdur" bu sözlər hansı məşhura aiddir?

9 Yanvar 2014 14:30 (UTC+04:00)

Məşhur türk aktrisası Ceyda Düvenci ikinci həyat yoldaşı Engin Akgündən 2012-ci ilin fevral ayında boşanıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, keçən yaz eşq yaşamağa başladığı rəqsçi sevgilisi Can Tunalı ilə dünən axşam bir partidə görünən Ceyda Düvenci, "Nikah nə vaxt?" sualını verən müxbirlərə "Münasibətimiz hələ təzədi. Tələsməyə ehtiyac yoxdur" deyə cavab verib.