Çamadandan qadın çıxdı

9 Yanvar 2014 17:02 (UTC+04:00)

Meksikadan gələn avtomobili dayandıran ABŞ sərhəd polisi, baqajdakı çamadana gizlənərək ölkəyə girməyə çalışan Taylandlı qadını tutub.

Movqe.Az xəbər verir ki, ABŞ-ın Arizona əyalətində yaşanan qeyri-adi qaçaqçılıq macərası gömrük polislərinə ilişib. Adı açıqlanmayan 56 yaşındakı bir ABŞ-lı, Meksikadan bir qadını qeyri-qanuni yollarla ölkəsinə salmaq istəyərkən tutulub. Həvəskar sürücünün, qadını avtomobilinin bagajındakı çamodanın içində saxladığı deylib. Gizli yolçunun 48 yaşındakı Pornkamol Mongkolsermsak adlı bir Taylandlı olduğu bildirilib. Gömrük Mühafizə xidməti, şəxsin hərəkətlərindən şübhələndikləri üçün vasitəsini axtarmağa qərar verdiklərini söyləyib. Axtarış zamanı baqajdakı böyük çamadan kəşf edilib. Çamadan açıldığında isə üzəri paltarlarla örtülmüş qadın görülüb.