Kartla işləyən sınaq avtobusları xətə buraxılıb

9 Yanvar 2014 16:05 (UTC+04:00)

"Şəhərdaxili sərnişindaşımada kart sisteminin tətbiqi üçün sınaq avtobusları xətə buraxılıb". Bu barədə məlumatı Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. N. Həsənov bildirib ki, şəhərdaxili sərnişindaşımada kart sisteminin tətbiqinə mart ayınadək start veriləcək. Hazırda Türkiyədən vladiatorların gətirilməsi prosesi davam edir. Avtobuslarda kartların sistemlə əlaqəsi yoxlanılır. Sınaq işləri yekunlaşdıqdan sonra kart sisteminin tətbiqinə start veriləcək. Sınaq işlərinin mart ayınadək yekunlaşacağı nəzərdə tutulur".