3 aya dayanacaqlarda Wi-Fi olacaq

9 Yanvar 2014 17:10 (UTC+04:00)

Bu ilin 3 ayı ərzində avtobus dayanacaqlarında Wi-Fi şəbəkəsi yaradılacaq. Bu məlumatı Movqe.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. N. Həsənov bildirib ki, dayanacaqda pulsuz olaraq internetə qoşulma imkanı yaradılacaq: " Avtobus dayanacqlarında Wi-Fi şəbəkəsinin quraşdırılmasına bu ilin birinci rübündən başlanılacaq. 2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər bütün dayanacaqlar Wi-Fi şəbəkə ilə əhatə olunacaq. Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay Olimpiya Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər. Wi-Fi şəbəkəsi Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta gətiriləcək əlavə 1200 avtobusda  da quraşdırılacaq. Eləcə də oyunlar zamanı paytaxta daha 2 min London taksisi gətiriləcək ki,  onların da hamısının Wi-Fi-ı olacaq".