Kənan Doğulunun hansı hərəkəti hamının təəccübünə səbəb olub?

10 Yanvar 2014 11:33 (UTC+04:00)

Türkiyənin sevilən müğənnisi Kenan Doğulu, dünən axşam sevgilisi Beren Saat ilə vaxt keçirtmək üçün Beyoğluna gedib. Asmalıməscitdəki Süreyya Teras adlı məkanda səhnəyə çıxan Cihan Okanı dinləməyə gedən cütlüyə yaxın dostalarıda qatılıb. Getdiyi hər məkanda həddindən artıq içki içən Doğulu, bu ənənəni yenə də davam etdirib. Çıxışda jurnalistlərin olduğunu öyrənən sənətçi, liftdə beş dəqiqə gözləyərək müştərilərin nərdivandan düşməsinə səbəb olub. Bir müddət otel içərisində saxlanan cütlük, məkandan qorumaların əhatəsində çıxıb. Sevgilisi Beren Saatın əlini möhkəm tutan Doğulu, ayaqda dayanmaqda çətinlik çəksə də qorumasının köməyi ilə avtomobilinə minərək məkandan ayrılıb.