İranda cins fərqliliklə bağlı 5 universitet yaradılıb

1 İyun 2012 16:05 (UTC+04:00)

Movqe.Az bildirir ki, İranda cinsiyyət ayrı-seçkiliyinə görə universitet qurulması işləri çərçivəsində 5 universitet qurulduğu və ölkədə hər il buna bənzər ən az 1 universitet qurulacağı bildirilib.

İranın Mehr agentliyinə məlumat verən Təhsil Nazirliyinin rəsmilərindən olan Qulam Əli Nadiri, cinsiyyət ayrı-seçkiliyinə görə universitet qurulması proqramı istiqamətində indiyə qədər ikisi paytaxt Tehranda olmaqla 5 universitet qurulduğunu və bu yaxınlarda 15 şəhərdə də buna bənzər universitetlər qurulacağını bildirib.

Qurulan universitetlərdən 4-nün qız və 1-nin oğlan şagirdlər üçün olduğunu bildirən Qulam Əli Nadiri, hər il ölkənin mərkəz şəhərlərində ən az bir universitet quracaqlarını da söyləyib.

Şəriət qaydalarının idarə olunduğu İranda, qız və oğlan şagirdlərin ayrı universitet və siniflərdə təhsil alması ilə əlaqədar universitetlərin olması mövzusu keçən ilin yay aylarında gündəmə gəlib.