İranın bombalanması 2013-cü ilə qalıb

5 Aprel 2012 01:27 (UTC+04:00)

Qərb ölkələrinin müdafiə nazirlikləri İslam Respublikasıilə "altılıq"ın aprelin ortalarında keçiriləcəkdanışıqların nəticələrini dəyərləndirdikdən sonra məsələyə dair qərar qəbul edəcəklər.

İranın bombalanması ilə bağlı ehtimallar, fikirlər, mülahizələr ara vermir Lent.az-ın "MIGnews"-a istinadən məlumatında bildirilib ki, bu ölkənin vurulması 2013- ilədək təxirə salınıb. Mənbə bunu Qərbdən olan yüksək vəzifəli bir şəxsin söylədiyini yazıb. Məlumata əsasən, Qərb ölkələrinin müdafiə nazirlikləriİslam Respublikası ilə "altılıq"ın aprelin ortalarında keçiriləcək danışıqlarınnəticələrini dəyərləndirdikdən sonra məsələyə dair qərar qəbul edəcəklər.

"Biz sanksiyaların diplomatiyanın İrana təsirinin səmərəliliyini gözləməliyik. Bundan sonra Tehran rejiminə qarşı atacağımızaddımla bağlı qərar qəbul edəcəyik" - deyə, mənbə söyləyib.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu sanksiyaların İrana "öldürücü zərbə" endirdiyini deyib. Bununla belə yasaqlarla Tehran hakimiyyətini atom-nüvə proqramını dayandırmağa məcbur qalacağı hələ aydınlaşmayıb. Qeyd edək ki, aprelin 13- İstanbuldaİslam Respublikasının atom-nüvə proqramı ilə bağlı danışıqlar keçiriləcək.