Kolumbiyanın şimalında yerləşən Aqauça məntəqəsinin sakinləri hökümətin ərazini onlardan təmizləmək cəhdlərinə etirazlarını qeyri-adi tərzdə bildiriblər.
Sakinlər etirazı özlərini boğazadək torpağa basdırmaqla bildiriblər.
300-dək ailə ərazini boşaltmaq barədə xəbərdarlıq aldığına baxmayaraq sahəni tərk etməkdən imtina edib.
Hökümət həmin ərazidə prezidentin vədinə uyğun olaraq yoxsul təbəqə üçün nəzərdə tutulmuş 2000-dək ucuz büdcəli evlərin tikiləcəyini bildirib.
BBC-news bildirir ki, etirazçıların həmin ərazidə bir neçə ay bundan əvvəl məskunlaşdığı qeyd olunur.
Türkan Nadirqızı
Movqe.Az