Gen MMC-nin payçılarının uşaqları aksiyaya qatılıb

1 İyun 2012 19:20 (UTC+04:00)

Uşaqlar yeganə ümidlərinin "Mehriban Əliyeva"ya olduğunu bildirib

GEN MMC şirkəti tərəfindən "evləri təkrar satılaraq aldadılmışlar" yenidən Prezident Administrasiyasının qarşısında aksiya keçirib.

1 İyun, Uşaqları Beynəlxalq Müdafiə Gününə təsadüf edən aksiyada digərlərindən fərqli olaraq, payçıların uşaqları (övlad və nəvələri) iştirak edib.

Aksiyada "Evimizi istəyirik", "Evimiz" kimi səsli, "Mehriban xala, bizim də səsimizi eşidin", "İlham əmi, bizə ev ver" kimi yazılı şüarlar nümayiş etdirilib.

Təxminən 20 nəfərin iştirak etdiyi etiraz aksiyası PA təhlükəsizlik xidməti əməkdaşları tərəfindən dağıdılıb.

Polis şüarları alsa da, "çırmayıb".

İştirakçılar BBC Azərbaycancaya bildirib ki, səbəb "bəlkə də uşaqlardır".

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu şirkətlərdən bəzilərinin rəhbərlərini həbs etdiyini bildirir.

Sakinlər isə rəhbərlərin həbsini deyil, pullarının geri qaytarılmasını tələb etdiklərini deyir.

 

Türkan Nadirqızı

Movqe.Az