Fransada hökumət “islamçı terrorist” ovuna çıxıb

5 Aprel 2012 01:31 (UTC+04:00)

Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində hökumət ölkədə terrorizmdə şübhəli bilinən şəxsləri mümkün terror aktlarını həyata keçirə biləcək qrupların həbsinə başlayıb. APA-nın Avropa bürosunun məlumatınagörə, Fransa polisinin xüsusi alayının keçirdiyi bugünkü əməliyyatında daha bir neçə nəfər radikal islamçı saxlanılıb.

Qeyd edək ki, mart ayının 30-da da 10 nəfər islamçı saxlanılıb bu hadisə Fransada böyük əks-sədaya narazılıqlara səbəb olub. Bu əməliyyatlar Fransada 7 nəfərin ölümü ilə nəticələnmiş məlum terror aktından sonra baş verib. Həbslər daha çox Əfqanıstan Pakistana səfər etmiş ya bu ölkələrdə xüsusi terrorist qruplarla əlaqədə şübhəli bilinən şəxslərə qarşı aparılır. Lakin Fransa polisinin islamçılarla bağlı keçirdiyi əməliyyatların qəribəliyi ondan ibarətdir ki, əməliyyatdan öncə media nümayəndələrinə xəbər verilir həbslər jurnalistlərin fotoqrafların iştirakı ilə keçirilir. Fransa müxalifətinin bir çox müstəqil ekspertlərin fikrincə, Fransada keçiriləcək prezident seçkilərinin birinci turuna 3 həftə qalmış belə əməliyyatların keçirilməsi onların qəsdən ictimaiyyətə açıqlanması ilə məqsədyönlü siyasətdir. Sarkozi hökuməti bununla ölkə əhalisini islam təhlükəsi ilə qorxudaraq, seçkilərdə əlavə xallar qazanmaq fikrindədir. Artıq bir sıra müxalifət partiyalarının nümayəndələri, eləcə Nikola Sarkoziyə rəqib olan prezidentliyə namizədlər bu həbslərin bir tamaşaya çevrilməsi ilə bağlı kəskin narazılıqlarını bildiriblər.