Bu günün hava proqnozu
14 Yanvar 2014 09:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki,Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Mülayim qərb, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə
1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın
rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu
qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və
səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir
güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz
4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yanvarın 14-15-də
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü
meteohəssas insanlar üçün nisbətən əlverişlidir.