Nazirlikdən daha bir elektron xidmət

14 Yanvar 2014 10:13 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətlər arasında "Müavinətlər üzrə axtarış" adlı xidməti də əlavə olunub. Movqe.az-ın xəbərinə görə, bu xidmət vasitəsilə vətəndaşın FİN koduna uyğun sosial müavinətlər haqqında məlumatların əldə edilməsi mümkündür. Bunun üçün "Elektron hökumət" portalına daxil olub ƏƏSMN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Müavinətlər üzrə axtarış" xidmətinin adını seçməlisiniz. Açılan formanın içində "FİN" sətrində istifadəçinin FİN kodu əks olunacaqdır. Siz əldə etdiyiniz məlumatları PDF formatında kompüterinizin yaddaşında saxlaya, çap edə, özünüzün və yaxud başqa şəxslərin elektron poçt ünvanına göndərə bilərsiniz.Qeyd edək ki, müavinət almırsınızsa, bu vaxt "FİN" sətrində əks olunan FİN kodu əsasında "Göndərmək" düyməsindən istifadə etdikdə, açılan yeni formanın içində heç bir məlumat əks olunmayacaqdır.