Sibel Can "Bu albom xəzinə kimidir"

14 Yanvar 2014 10:45 (UTC+04:00)

Yeni işini dinləyicilərinə təqdim etməyə hazırlaşan Türkiyənin məşhur müğənnisi Sibel Can, ötən gün səhnəyə çıxıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, səhnədən əvvəl jurnalistlərin suallarını cavablandıran müğənni, London tətilindən sonra işdəməyə başlayıb. "Galata" adını verdiyi albomunun son hazırlıqları üçün studiyada qalan 

Sibel Can, "Bu albom xəzinə kimidir. Hər bir mahnı illərcə xatırlanacaq və zaman keçdikcə də daha da qiymətləndiriləcək" deyə açıqlama verib.