Nə, Maykl Cekson öldü?
1 İyun 2012 18:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, turist kimi Şimali
Koreyaya girən iki İngilis jurnalist qarşılaşdıqları maraqlı
hadisələri yayımlayıblar.
Şimali Koreyaya iş adamı simasında girən "The Sun" qəzetinin
əməkdaşları Aleks Peak və Simon Cons maraqlı hadisələrlə zəngin 1
həftə keçirib.
Peak və Cons öncə İngilis turizm firması olan "Lupine Travel"in
Çindəki əlaqələrini sayəsində viza almağı bacarıblar. Saxta iş
ünvanları və telefonlarla firmanı aldadan Peak və Cons Çin
sərhədindən Şimali Koreyaya keçiblər. Onların sözlərinə görə
sərhəddə olan Sinuiju qəsəbəsindəki 6 mərtəbəli binalar Çindən yeni
və qəşəng mənzillər kimi görünür. Ancaq içərisində kimsə yaşamır.
Binaların pəncərələri də yoxdur. Yalnız Şimali Koreyanın zəngin
görünməsi üçün tikilən binaların xaricində ərazidəə bir çox
müşahidə qülləsi var. Əsgərlər sərhədi keçmək istəyənlərə odlu
silahdan atəş açmaq icazəsinə sahib.
"TİTANİK"ə İCAZƏ VAR
Qəsəbədə yaşayanların hamısı keçmiş liderləri II Kim Jong
xatirəsinə onun şəkilinin olduğu rozetlər taxır. Kimsənin gülmədiyi
qəsəbədə insanlar yerə baxaraq gedir. Qatarla 6 saatlıq bir səfər
edən jurnalistlər paytaxt Pyongyanga çatıblar. Şəhərdəki 47
mərtəbəli Yanggakdo adlı otelə yerləşiblər. Otel şəhərdə turistlər
üçün ayrılan iki oteldən biridir. Oteldə olan 6 liftdən heç biri
5-ci mərtəbədə dayanmır. İşçilərin yaşadığı 5ci mərtəbədən başqa
bir maraqlı detal da nəzərləri cəlb edib. Oteldə olan televizorlar
yalnız rejimi təbliğ etməklə məşğuldur. Ölkədə 3 xarici filmin
yayımına icazə var. Bunlar "Şən Günlər", "Evdə Tək başına" və
Titanik filmləridir.
Qərbə qarşı olmasina baxmayaraq Şimali Koreyada hamburger və pizza
restoranları var. "Gənclik Restoranı" adlı hamburqer yeməkxanası
turistlərin də ən çox gəldiyi yerdir. Şəhərdəki nəhəng kitabxanada
isə 25 milyon kitab olduğu deyilir. Əgər bu rəqəm doğrudursa həmin
kitabxana dünyanın ən böyük kitabxanası olur.
Şimali Koreyalılar "Beatles" musiqi qrupunu sevərək dinlədiklərini
söyləyir. Ancaq qrup üzvü John Lennonu tanımırlar. Maykl Ceksonu da
sevən Şimali Koreyalılar jurnalistlərdən müğənninin öldüyünü
eşidincə çaşıblar. Pyongyangdakı metronun 2 xətti və 17 stansiyası
var. Amma verilən məlumata görə qatarlar yalnız 3 stansiyada
dayanır. Metronun bir başqa maraqlı cəhəti isə ayda ortalama 29
sterlinq qazanan Şimali Koreyalıların heç birinin ona minməməsidir.
Metroya minənləri turistləri cəlb etmək üçün rəsmilər tərəfindən
idarə edilən aktyor və aktrisalar olduğu deyilir.
SAAT 23:00 - "YATMAQ VAXTIDIR!
24 milyon əhalisi olan Şimali Koreyanın paytaxtında işıqlar axşam
saat 23.00-da sönür. O saatdan sonra yalnız liderlərin heykəlləri
işıqlandırılır. Şəhərin prospektlərində gəzən mavi mikroavtobuslar
isə bütün gün meqafonlardan "daha möhkəm işlə" deyə səslənir.
Jurnalistləri narahat edən reallıqlardan biri ölkədə heyvanlarla
pis rəftardır. Turistlərin aparıldığı sirklərin birində meymunlar
və ayılar konki ilə şou göstərir, ipdən tullanır, basketbol
oynayır.