Namiq Qaraçuxurluya sevgilisindən özəl hədiyyə

15 Yanvar 2014 11:07 (UTC+04:00)
Meyxanaçı Namiq Qaraçuxurlunun şəxsi həyatı, nişanlı olub-olmaması ilə bağlı xəbərlər səngimək bilmir. Meyxanaçı dəfələrlə toyum olacaq deyib, hətta toyunun zamanını açıqlasa da, lakin nişanlı olmadığını deyib. Mövqe.az xəbər verir ki,  bəzi şayələrə görə deyilir ki, meyxanaçı gündəmdə qalmaq üçün bu xəbərləri uydurub. Ancaq Namiq Qaraçuxurlu "Onlar" verlişində deyilənləri inkar edib: " Mən şou yardacaq insan deyiləm. Mənim şəxsi həyatımın heç kəsə aidiyyatı yoxdur. Mən nişanlıyam ya yox, o ancaq mənə aiddir. Mən heç kəsə nişanlıyam sözünü deməmişəm ki, məni yalan danışmaqda günahlandırsınlar. Ad günümdə də sevgilimlə bir yerdəydik. O mənə sürpriz etmişdi.".


Qeyd edək ki, Namiq Qaraçuxurluya sevgilisi "İlin ən yaxşı sevgilisi" Oskar mükafatını verib. Meyxanaçı toyu barədə də açıqlama verib: " Toyu gələn il həyata keçirəcəyəm. Dəqiq tarix isə gizli qalsın, bir az ulduzluq edək".