"Mama Roza" ələ keçdi

16 Yanvar 2014 14:12 (UTC+04:00)
Bakıda qadınları Türkiyəyə apararraq, orada fahişəliyə cəlb edən şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Əminə Məmmədovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadın tutulub.