ABŞ-da 16 yaşlı şagirdi ilə cinsi əlaqəyə girən müəllimə məhkəməyə verilib.

2 İyun 2012 22:40 (UTC+04:00)

Movqe.Az "Daily News"a istinadən verdiyi xəbərə görə, 35 yaşlı evli müəllimə "Facebook"da söhbətləşdiyi 16 yaşlı şagirdi ilə dərs bəhanəsiylə görüşərək, şəxsi avtomobilində cinsi əlaqəyə girib.

Keçən ilin dekabr ayında baş verən hadisəylə bağlı iddia ərizəsi artıq tamamlanıb. "Facebook"da mesajlaşdıqları məlum olan müəlliməylə şagirdin bir-birlərinə mobil telefonla da 3856 mesaj göndərdikləri aşkarlanıb.

Hadisə, şagirdin sevgilisinin xəbər tutması ilə ortaya çıxıb.

Qeyd edək ki, 35 yaşlı müəllimə məhkəməyə verilib. İstindaq davam edir.

Türkan Nadirqızı

Movqe.Az