Silvestr Stallonedən şok açıqlama

16 Yanvar 2014 20:13 (UTC+04:00)
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Silvester Stallone baş rolları Robert De Niro ilə paylaşdığı "The Grudge" filminin Londondakı premyerasında jurnalistlərin suallarını cavablandırıb.


Milli.az AHT-yə istinadən bildirir ki, aktyorun dediyinə görə, indiyədək gücündən yanlış istifadə edib.

"Rokki" filmindən danışarkən Stallone deyib: "Kaş ki, keçmişə qayıdaraq özümü yumruqlaya bilsəydim..."Rokki"nin ikinci filminin uğursuzluğa düçar olması məni pərişan etmişdi", - deyən Stallone 1978-ci ildə "Rokki 2" filminin göstərildiyi kinoteatra gedib.


O, salonda cəmi iki nəfərin olduğunu görüb.


"Həmin adamlardan biri yatırdı. Film sonradan gəlir gətirir. Lakin o rəzil filmə baxanda yatan olacaqdı, təbii ki... Hadisə mənə soyuq duş kimi təsir etdi", - Stallone söyləyib.


Bununla belə, "Rokki" filminin həyatında dönüş nöqtəsi olduğunu vurğulayan Silvester Stallone sosial media, xüsusilə də Twitter-dən çox qorxduğunu bildirib.