Rəqsanənin 3-cü həyatyoldaşından 3-cü dəfə hamilə olub-olmaması aydınlaşdı-ÖZƏL

17 Yanvar 2014 12:44 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovadan yeni xəbər var. Bu yaxınlarda müğənninin təzədən ərə getməsi və 3-cü ərindən 3-cü övladını həyata gətirəcəyi barədə məlumat yayılıb. Mövqe.az-ın əməkdaşı ilə danışan Rəqsanə İsmayılovanın mətbuat katibi Zəminə Rüstəmova müğənninin hamilə olmadığını söyləyib: " Xeyr, Rəqsanə hamilə deyil. Sadəcə istəyir ki, elə bir şey olsun. Hal-hazırda çox xoşbəxtdir. Allah da bu xoşbəxtliyi ona çox görməsin. Çünki çox yaxşı insandır".

 

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova iki dəfə evli olub və hər yoldaşından bir qızı var.