84 yaşlı qadın kanala düşdü

17 Yanvar 2014 14:41 (UTC+04:00)
Bu gün səhər saatlarında Xaçmaz şəhəri, M.S.Ordubadi küçəsində bədbəxt hadisə baş verib. Regional TV-nin istinadən verdiyi xəbərə görə, 1930-cu il təvəllüdlü Rasolova Olqa Xerasimovna yaşadığı evin qarşısındakı su arxına düşərək ağır xəsarət alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatıdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib və o, komatoz vəziyyətdədir.