Mişel Obamadan 50 yaş açıqlaması

17 Yanvar 2014 16:04 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama bu gün 50 yaşını qeyd edir. Bu xüsusi gün üçün "People" jurnalına müsahibə verən birinci xanım , estetik əməliyyat və botoks kimi tətbiqlərə artıq isti baxdığını , "əsla heç vaxt demərəm " söyləyib. Obama reportajda "Qadınlar özlərini yaxşı hiss etmək üçün istədiklərini etmə azadlığına malik olmalıdırlar" deyib. Obama həmçinin qadınlara , mamografiya və smear testi kimi sağlamlıq yoxlamalarını axsatmamalarını tövsiyə edib.

ABŞ-lı qadınlara sağlamlıqlarına diqqət yetirmələri mesajını verən Obama , " Yedikləriniz mövzusunda çox fikirləşmirəm, amma mütləq meyvə və tərəvəz yeyirəm " deyib.

Uşaqlarda piylənməni azaltmaq üçün başlatdığı "Let 'S move" ( hərəkət et !) adlı kampaniyası beşinci -ci ilinə girən "first lady" məşqin əhəmiyyətinə də diqqət çəkib.


Prezident Obama isə arvadının bu xüsusi günü üçün Şənbə günü Ağ Evdə veriləcək böyük rəqs partisi planlayıb. Ad günü partisinin detalları mətbuatla paylaşılmayıb . Obama ailəsinə yaxınlığıyla bilinən müğənni Beyonsun partidə səhnəyə çıxıb mahnı söyləyəcəyi iddiaları ilə bağlı Ağ Evdən bir şərh edilməyib.